ELM VƏ TƏHSİL


Sahibkarların tələbələrlə görüşü: “İş axtarma, iş yeri yarat”

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və şirkət rəhbərləri “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşüblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Karyera Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi tələbələri gənc sahibkarlığa təşviq etmək, real sektordakı mühiti təhlil etmək, biznes quruculuğunda təcrübə paylaşımını təmin etməkdir.

Görüşdə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının sədri Kamran Hacızadə, “Naiqin Ko Tovuz - Baltiya” şirkətinin direktoru Günel Məmmədhəsənova, “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının icraçı direktoru və “Səyahət” Turizm şirkətinin rəhbəri Tərlan Quliyev mövzu üzrə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.