İQTİSADİYYAT


Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı təklifləri müzakirə olunub

Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı təklifləri müzakirə olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov ilə görüşüb.

ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı təklifləri haqqında fikir mübadiləsi aparılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib. E.Hüseynov rəhbərlik etdiyi təşkilata bank müştərilərindən müxtəlif məsələlər üzrə müraciətlərin daxil olduğunu, bu müraciətlərin qarşılıqlı əməkdaşlıq çərçivəsində ABA-nın və Bank Ombusdmanın dəstəyi ilə baxılmasının effektiv ola biləcəyini bildirib.

Görüşdə, eyni zamanda, gələcəkdə ABA, AİİB və Bank Ombudsmanı ilə birlikdə istehlakçıların hüquqlarının qorunması və onların maariflənməsi istiqamətində birgə layihələrin keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.