REGİONLAR


Sahibkarlarla keçirilən görüşdə Naxçıvan məhsullarının ixrac potensialı barədə məlumat verilib

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Gəncədə sahibkarlarla keçirilən görüşdə Naxçıvan məhsullarının ixrac potensialı barədə ətraflı məlumat verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müəssisə rəhbərləri və sahibkarlarla görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye və yeyinti məhsulları barədə məlumat verib, ixrac imkanlarının yüksək olduğunu diqqətə çatdırıb.

Vüqar Abbasov muxtar respublikada istehsal olunan məhsulların respublikamızın bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də bir sıra satış mərkəzlərində üstünlük təşkil etdiyini bildirib, Gəncədə fəaliyyət göstərən filialların hər zaman diqqətdə saxlanıldığını, yüksək keyfiyyətə nəzarət olunduğunu vurğulayıb.

Görüş zamanı rəşadətli ordumuzun əldə etdiyi Şanlı Zəfərdən də danışılıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazini ziyarət edib, gül dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.