REGİONLAR


Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək

Bakı, 14 mart, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Biləsuvar rayonunda görüşü təşkil olunacaq.

Aksiya rayonun Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” martın 16-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.