İQTİSADİYYAT


Sahibkarlarla onlayn görüşlərin keçirilməsi davam etdirilir

Bakı, 28 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Fondun təklif etdiyi məhsul və xidmətlərlə bağlı maarifləndirmə işi çərçivəsində sahibkarlarla görüşlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 28-də Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

Sahibkarlığın İnkişafı Fondunun Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayev, həmçinin Lənkəran-Astara regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Görüş sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə təşkil edilib.

Belə tədbirlərin təşkilinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.