REGİONLAR


Sahibkarlığın İnkişafı Fondu Qazaxda 26 layihəni maliyyələşdirib

Qazax, 15 avqust, Rauf Hacıyev, AZƏRTAC

Qazax rayonunda Sahibkarlığın İnkişafı Fondu tərəfindən ilin əvvəlindən bəri 26 layihə üzrə 1228000 manat kredit verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu kreditlə reallaşdırılan layihələr çərçivəsində 125 yeni iş yeri yaradılıb.

Hazırda rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2019-cu ilin birinci yarısında əhaliyə 14110613 manat kredit verilib. Əhalidən 2947980 manat olmaqla 113612 ABŞ dolları və 47895 avro əmanət cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.