İQTİSADİYYAT


Sahibkarlığın İnkişafı Fondu bu il 65,7 milyon manat güzəştli kredit verib

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin ötən dövrü ərzində sahibkarların 1589 layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

AZƏRTAC Sahibkarlığın İnkişafı Fonduna istinadla xəbər verir ki, iqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 96,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,4 faizi turizm, 0,8 faizi isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib. Kreditlərin məbləğ üzrə 71 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8 faizi sənaye məhsullarının istehsalı və emalı, 2 faizi turizm, 12,2 faizi isə digər (xidmət, tibb və s.) sahələrin payına düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.