İQTİSADİYYAT


Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən müharibə veteranına güzəşt verilmir

Bakı, 18 avqust, AZƏRTAC 

Vergilər Məcəlləsində müharibə veteranı olan fiziki şəxs üçün hansı hallarda vergi güzəşti nəzərdə tutulub?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, muzdla işləyən və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, müvafiq dövlət orqanlarının arayışları) biri təqdim edildiyi halda 400 manat və aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 155 manat çıxılır, yerdə qalan məbləğdən 14 faiz dərəcə ilə vergi tutulur. Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən müharibə veteranına güzəştin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergiödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.