İQTİSADİYYAT


Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün dövlət qurumları bir araya gəlib

Bakı, 16 yanvar, AZƏRTAC

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün dövlət qurumları bir araya gəlib.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanları və onlara edilən dəyişikliklərə uyğun olaraq həyata keçirilən tədbirlər davam etməkdədir. Bu tədbirlərin yekun nəticəsi olaraq Prezident İlham Əliyevin "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" imzaladığı Fərman ilə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Aparılan islahatların ardıcıl və məntiqli icrasını təmin etmək məqsədilə Fərmana əsasən yaradılan Texniki Şuranın nümayəndələri üçün yanvarın 15-16-da "Azərişıq" ASC-nin Tədris Mərkəzində treninq keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ASAN xidmət" və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən treninqdə sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində perspektiv hədəflər müəyyənləşdirilib.

Treninqdə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan prosedurların və müddətin azaldılmasının icra mexanizmi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.