İQTİSADİYYAT


Sahibkarlıq subyekti hansı halda sadələşdirilmiş vergiödəyicisi ola bilər?

Bakı, 20 aprel, AZƏRTAC

Geyim istehsalı ilə məşğul olan subyektin işçilərinin sayı yanvar ayında 11, fevralda 8, martda isə 6 nəfər olub. Həmin sahibkarlıq subyekti sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən, istehsal fəaliyyəti üzrə rüb ərzində işçilərin orta sayı 10 nəfərdən (11+8+6)/3=8,3) az olduğundan, sahibkarlıq subyekti həmin fəaliyyət üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.