İQTİSADİYYAT


Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir

Bakı, 23 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 21-də keçirilmiş monitorinqlər zamanı Xətai rayonunda Aygün Əskərovaya məxsus şirniyyat mağazasında, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus ərzaq mağazasında, Elvin Xasməmmədova məxsus pərakəndə ticarət obyektində, Nərimanov rayonunda “Çarşı dönər”də, Kamran Ağayevə, Ceyhun Hüseynova məxsus mağazalarda, Qaradağ rayonunda “Araz supermarket”də, Aydın Məmmədova, Mirşahin Babayevə, Şahbəddin Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Validə Məmmədovaya məxsus mağazada, Yasamal rayonunda Qalina Mirzəliyevaya məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda "Food center market”də, “Al market”də, “Araz market”də, Rüstəm Nəsirova məxsus “1001 xırdavat mağazası”nda, Denis Aslanova məxsus ticarət obyektində, ümumilikdə 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.