İQTİSADİYYAT


Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdirilir

Bakı, 13 avqust, AZƏRTAC 

Karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlər davam edir.

AZƏRTAC xəbər verir ki, monitorinq zamanı Binəqədi rayonunda “Amart Market”də, “Army Mağaza”da, Niyazi Abışova, İsmət Qulamzadəyə, Babək Quluyevə məxsus mağazalarda, Nizami rayonunda Teymur Hacıyevə, Bayram Bayramlıya, Olqa Şabanovaya, Mübariz Əliyevə məxsus pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda “Al Market”də, Maqsud Əsədova, Rövşən Nəzərova, Firuz İslamova, Ağası Rzayevə məxsus ticarət obyektlərində, Sabunçu rayonunda “İL Market”də, “Araz Market”də, "Oba Market”də, Nərimanov rayonunda “Rahat Market İnqilab”da, Nicat Quliyevə, Elşən İsmayılova, Elşad Məhərrəmova, Arzuman Quliyevə məxsus mağazalarda, Nəsimi rayonunda “Qaymaq Mağazası”nda, Aytən Əsgərovaya, Cavanşir Kərimliyə, Əlqəmə Quliyevə, Habil Cabbarova məxsus ticarət obyektlərində, Suraxanı rayonunda “Oba Market”də, Xəzər rayonunda “Murad Market”də, “Nar Market”də, Səyavuş Rzayevə məxsus qarışıq mallar mağazasında, Xətai rayonunda Güllü Xana, Ramil Şahbəndova, Nicat Həsənzadəyə, Səxavət Rəşidova, Rüstəm İbrahimxəlilova məxsus ticarət obyektlərində, Yasamal rayonunda Ruslan Əmirova, Lalə Əhmədovaya, Namiq Yusibova məxsus ticarət, Elçin Hüseynova, Tamara Məmmədovaya məxsus xidmət obyektlərində, Səbail rayonunda Günay Əhmədovaya, Elsevər Qasımovaya, Xatirə Nağıyevaya malik xidmət obyektlərində, ümumilikdə, monitorinq aparılmış 767 obyektin 69-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Monitorinqlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.