İQTİSADİYYAT


Sahibkarlıq subyektlərində növbəti monitorinqlər keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 18-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.