İQTİSADİYYAT


Sahibkarlıq subyektlərinin 99 faizi KOB-lardan ibarətdir VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

İqtisadiyyatda KOB-ların rolu xeyli artıb. Sahibkarlıq subyektlərinin 99 faizi KOB-lardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dekabrın 28-də "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda özəl sektorun ÜDM istehsalında payı 83,5 faiz artıb və artmaqda davam edir. Qeyri-neft-qaz ixracının dörddəbirindən çoxu KOB-lar tərəfindən həyata keçirilib. Əlavə dəyərin yaradılmasında, ixrac, investisiya və məşğulluqda onların payı davamlı olaraq artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.