CƏMİYYƏT


Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq

Bakı, 13 noyabr, AZƏRTAC

2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımın məbləği 50 milyon manat artırılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 13-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Sahil Babayev qeyd edib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.