CƏMİYYƏT


Sahil Babayev: Azərbaycanda 4 min nəfərdən çox Türkiyə vətəndaşı əmək müqaviləsi ilə müxtəlif sahələrdə çalışır

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanla Türkiyə arasında sosial məsələlər üzrə 5 saziş imzalanıb və müxtəlif layihələrin icrası davam etdirilir.

Ümumiyyətlə Azərbaycanın əsas strateji layihələri Türkiyə ilə birgə həyata keçirilir.

Hazırda 4 min nəfərdən çox Türkiyə vətəndaşı əmək müqaviləsi ilə Azərbaycanda çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, həmçinin qardaş Türkiyədə də yaşayıb müxtəlif sahələrdə çalışan çox sayda Azərbaycan vətəndaşı var. Azərbaycan Türkiyə ilə qarşılıqlı hüquqların qorunması sahəsində daim birgə əməkdaşlıq edəcək. Onu da qeyd edim ki, son illər Azərbaycanda tətbiq edilən bir sıra məşğulluq islahatları layihələrində Türkiyə təcrübəsindən istifadə edilir".

S.Babayev qeyd edib ki, yaxın gələcəkdə müxtəlif məşğulluq proqramları, sosial təminat və əməkhaqlarının tənzimlənməsi sahəsində Türkiyə təcrübəsindən daha geniş istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.