CƏMİYYƏT


Sahil Babayev: Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb

Bakı, 6 may, AZƏRTAC

Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda aparılan fəaliyyətin "inzibati yanaşma" modelindən "vətəndaşlara xidmət" modelinə keçid, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir: “Fond bu il ərzində Böyük Britaniyanın "iESE - The Public Sector Transformation" Təşkilatının təşkil etdiyi "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat" müsabiqəsində iştirak edərək "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gələrək "Ən yaxşı mütərəqqi təcrübə" mükafatı ilə təltif edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.