İQTİSADİYYAT


Sahil qəsəbəsi yaxınlığındakı günəş elektrik stansiyasında artıq iki minə yaxın günəş paneli quraşdırılıb VİDEO

Bakı, 17 dekabr, Nihat Budaqov, AZƏRTAC

Prezident İlham Əliyevin respublikadakı alternativ mənbələr hesabına enerji hasilatının artırılmasına dair tapşırıqlarına əsasən, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən yol qovşaqları və rayon tipli günəş elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu ilin ortalarından etibarən “Azalternativenerji” MMC tərəfindən inşasına başlanılan Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı günəş elektrik stansiyasında artıq iki minə yaxın günəş paneli quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulan bu stansiyanın inşası üçün 6 hektar ərazi ayrılıb. Ümumi gücü 3 meqavat olacaq günəş elektrik stansiyasının tam istifadəyə verilməsi isə gələn ilin ortalarına planlaşdırılıb. Stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılacaq. Stansiyanın tikintisində əsas məqsəd ətraf ərazinin yol-nəqliyyat sisteminin elektrik enerjisi ilə təmin olunmasıdır ki, bu da 30 kilometr yolun alternativ enerji sayəsində işıqlandırılmasını mümkün edə bilər.

Stansiyanın inşasında Sumqayıt şəhərindəki “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan günəş panellərindən istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.