İQTİSADİYYAT
Sahil qəsəbəsində bir neçə küçə təmir olunur VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsinin bir neçə küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılır. Bu işlər “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən aparılır.
“Azəravtoyol” ASC nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri qəsəbənin Emin Quliyev küçəsinin 360 metr, Zahid Qasımov küçəsinin 530 metr, Rövşən Rzayev küçəsinin 210 metr və Bəxtiyar Əliyev küçəsinin 550 metr uzunluğunda olan hissələrində görülür.
Hazırda Emin Quliyev küçəsinin 3600 kvadratmetr, Zahid Qasımov küçəsinin 3700 kvadratmetr, Rövşən Rzayev küçəsinin 1500 kvadratmetr, Bəxtiyar Əliyev küçəsinin isə 4200 kvadratmetr hissələri olmaqla, ümumilikdə 13 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Bundan başqa, Emin Quliyev küçəsində 400 poqonmetr səki daşı da yenisi ilə əvəzlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]