CƏMİYYƏT


Sahil qəsəbəsində müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərlə görüş keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qaradağ rayonunun Sahil qəsəbəsində bir neçə müvəqqəti məskunlaşma yerində ağır şəraitdə yaşayan məcburi köçkünlərlə görüşüb.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində Qarabağ müharibəsindən əziyyət çəkən həmvətənlərimizin problemlərinin həlli prioritet istiqamətlərdəndir. Bu baxımdan, uzun müddət ağır şəraitdə yaşamaq məcburiyyətində qalan köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələ ilə bağlı ötən il keçirdiyi müşavirədə verilmiş tapşırıqların icrası nəticəsində son vaxtlar yüzlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Hazırda Bakıda, Sumqayıtda və Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa olunur.

Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.