İQTİSADİYYAT
Şahin Bağırov: Hədəfimiz gömrükdə şəffaflığın yüksəldilməsidir
Bakı, 20 dekabr, AZƏRTAC
Gömrük orqanları işini yeni hədəflər çərçivəsində qurmalıdır. Gələcək üçün Azərbaycan gömrüyünün qarşısında duran əsas hədəflər şəffaflığın yüksəldilməsi, sahibkarlıq subyektlərinin və vətəndaşların məmnuniyyəti, büdcə daxilolmalarında dayanıqlılığın təmin olunması, rəqəmsal gömrüyün yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.
“Gömrük Komitəsi bu hədəflərə çatacaq. Prezident İlham Əliyev tərəfindən bu sahədə müvafiq tapşırıqlar verilib və biz bu istiqamətdə tam səfərbər olacağıq. Hədəflərə çatmaq üçün Fəaliyyət Planı tərtib olunub və İşçi Qrupları yaradılıb”, - deyə Şahin Bağırov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]