İQTİSADİYYAT


Şahin Mustafayev: Astaraçay üzərində yeni körpünün ilin sonuna qədər inşa edilməsi planlaşdırılır VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Pandemiya şəraitinə baxmayaraq Azərbaycan-İran ticarət əlaqələri ötən ilin 11 ayında 30 faizədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki illə müqayisədə 62,5 faiz artıb. Bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin verdiyi töhfədir.

“Bu dəhliz çox böyük önəm daşıyır və çox yaxşı fəaliyyət göstərir. Ölkələr bu istiqamətdə mühüm işlər görürlər. İran tərəfi Həştərxan hissəsinin tikintisini sürətləndirməlidir. Azərbaycan tərəfi Astaradakı yük terminalının tikintisini başa çatdırıb. Bu gün biz Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlini qoyacağıq və körpünün bu ilin sonuna qədər inşa olunması planlaşdırılır”, - deyə Şahin Mustafayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.