İQTİSADİYYAT


Şahin Mustafayev: Cari ildə ÜDM 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq

Bakı, 13 iyun, AZƏRTAC

Hesablamalara görə, 2019-cu ildə ümumi daxili məhsul (ÜDM) 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 13-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.

"Beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə iqtisadiyyatımızın 3,4 faiz artacağını proqnozlaşdırır", - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.