İQTİSADİYYAT


Şahin Mustafayev: Ermənistan bütün regional layihələrdən təcrid olunub VİDEO

Bakı, 13 fevral, Elvin Camalov, AZƏRTAC

Ermənistan bütün regional layihələrdən təcrid olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 13-də keçirilən mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət nəticəsində regionda keçirilən bütün layihələrdən, o cümlədən nəqliyyat dəhlizlərinə qoşulmaqdan tam təcrid olunub. “Görülən işlər, Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət Ermənistanı bu dəhlizlərdən tamamilə təcrid edib. Ermənistanın Azərbaycanın iştirak etdiyi tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.