İQTİSADİYYAT


Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir

Bakı, 16 sentyabr, AZƏRTAC

Hazırda ölkəmizdə 3 mindən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda deyib.

“Türkiyə şirkətləri ölkəmizdə həyata keçirilən 300-dək layihədə podratçı qismində iştirak edirlər. Bu şirkətlər ölkəmizə 12,2 milyard dollar investisiya yatırıb. Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyub”, - deyə nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.