İQTİSADİYYAT
Şahin Mustafayev: “İqtisadiyyat Nazirliyi strateji yol xəritəsinin icra olunmasında əhəmiyyətli rol oynayacaq”
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanda həm qısa, həm orta, həm də uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı qarşısında qoyulan vəzifələri və mühüm istiqamətləri müəyyən edib. Bu, çox mühüm sənəddir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“İqtisadiyyat Nazirliyi strateji yol xəritəsinin icra olunmasında əhəmiyyətli rol oynayacaq. Bu sahələrin böyük əksəriyyəti İqtisadiyyat Nazirliyinin funksiyalarına və vəzifələrinə aiddir. Nazirlik bütün potensialı ilə bu tapşırıqların icrasına yönələcək. Azərbaycan hökuməti 15 ildən çoxdur ki, sahibkarlara güzəştli kreditlər verir və bu proses davam edir. Bu il və gələn il də sahibkarlara güzəştli kreditlər veriləcək. Bu, strateji yol xəritəsində də nəzərdə tutulub”, - deyə nazir diqqətə çatdırıb.