REGİONLAR
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək VİDEO
Ağdam, 23 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Üçtərəfli İşçi qrupu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanata əsasən yaradılıb və kifayət qədər səmərəli fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini deyib: “Ermənistanda seçki keçirilib, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.