MƏDƏNİYYƏT
Şahin Növrəsli Parisdə çıxış edəcək
Bakı, 23 aprel, AZƏRTAC
İyulun 5-6-da Parisdə amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camal həftəsi çərçivəsində konsertlər olacaq. “Odeon” Avropa Teatrında keçiriləcək konsertlərdə cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli də çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Şahin Növrəslinin və “Odeon” Avropa Teatrının saytlarında yer alıb. Şahin Növrəsli iyulun 5-də “Emanation” albomundan kompozisiyalar, iyulun 6-da pianoda solo proqramla çıxış edəcək.
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]