CƏMİYYƏT


Şahin Rəhmanlı: Müstəqil və çağdaş Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir

Bakı, 10 may, Həsrət Mahmudova, AZƏRTAC

Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür. Bütün ömrünü canından artıq sevdiyi Vətəninə həsr etmiş Ulu Öndər Azərbaycan xalqının qəlbində əbədi olaraq məskən salıb. Heydər Əliyev dühası, onun banisi olduğu azərbaycançılıq məfkurəsi Azərbaycan var olduqca yaşayacaq. Çünki azərbaycançılıq müstəqil Azərbaycanın dövlətçiliyinin təməl ideologiyasıdır. Bu məfkurənin konturlarını ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra cızmağa başlayıb. Ulu öndər Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə də Vətəni Azərbaycanı bir an belə unutmayıb, onun firavanlığı uğrunda durmadan çalışıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.

O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər dünyalar qədər sevdiyi Vətənini bəlalardan xilas edərək müstəqil Azərbaycanı bölünməkdən, parçalanmaqdan xilas etdi. Bu gün qürurla vətəndaşı olduğumuz müstəqil və çağdaş Azərbaycan Ümummilli Liderin şah əsəridir.

Ş.Rəhmanlı deyib: “Azərbaycan xalqının böyük oğlu ulu öndər Heydər Əliyev Şuşa haqqında fikirlərində deyib: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu gün əminliklə söyləmək olar ki, Ümummilli Liderin ruhu şaddır, çünki bu il 270 yaşını qeyd etdiyimiz Şuşa azaddır və intibah dövrünü yaşamaqdadır. Bu gün azad edilmiş torpaqlarda quruculuq işləri uğurla davam edir. Şuşada beynəlxalq konfranslar, festivallar keçirilir. Bu gün hər bir soydaşımız azərbaycanlı olmağı ilə bir daha fəxr edir”.

“44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağında olan torpaqları azad edərək tarixi ədaləti bərpa etdi. Bu misilsiz qələbə Ali Baş Komandan İlham Əliyevin rəşadəti, şəhidlərin və qazilərin canı və qanı, xalqımızın birliyi hesabına əldə edildi. Bu gün Azərbaycan regionda və dünyada söz sahibidir. Vətən müharibəsində qazanılan qələbə ilə Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı bütöv görmək istəyirdi, daha güclü olmasını istəyirdi, O Azərbaycan gənclərini vətənpərvər, intellektual yetişməsini istəyirdi”, - deyə Ş.Rəhmanlı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.