“Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə uğurla yekun vurulub
AzerTAg.az
Bakı, 4 avqust, AZƏRTAC
Astara və Yardımlı Olimpiya İdman komplekslərində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi uğurla yekunlaşıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları, Qarabağ qaziləri tərəfindən təlimlərə “Şahinlər”, “Canavarlar”, “Cəsurlar”, “İgidlər”, “Mübarizlər”, “Aslanlar”, “Qartallar”, “Zəfər” komandalarına bölünərək cəlb olunan gənclər üçün hərbi təlimlərlə yanaşı, hərbi-idman oyunları, intellektual yarışlar, Vətən müharibəsi qaziləri ilə panel görüşlər, film nümayişləri, əyləncəli musiqi proqramları, Şəhidlər xiyabanına ziyarət və iməcilik də təşkil olunub.
Düşərgənin yekununda komandir heyəti tərəfindən qarşıya qoyulmuş tapşırıqları yüksək dəqiqlik, peşəkarlıq və nizam-intizamla yerinə yetirmiş Astara rayonunda “Şahinlər”, Yardımlı rayonunda isə “Zəfər” komandaları qalib elan olunaraq kubok təqdim edilib.
Fərdi nəticələrdə fərqlənmiş komandaların üzvlərinə isə hədiyyələr təqdim olunub.













Xəbərin mətnində orfoqrafik səhv var