MƏDƏNİYYƏT


Şahmar Əkbərzadənin şeirləri İspaniya ədəbiyyat portalında

Şahmar Əkbərzadənin şeirləri İspaniya ədəbiyyat portalında

Bakı, 5 dekabr, AZƏRTAC

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin ispan dilinə tərcümə edilmiş “Ayırar bu dünya bizi nə vaxtsa”, “Özün özgənin” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.