İDMAN
Şahmat Qran-prisi seriyası oktyabrın 1-də Bakıda başlanacaq
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının rəqibləri Fabiano Karuana (İtaliya), Aleksandr Qrişşuk, Serqey Karyakin, Dmitri Yakovenko, Pyotr Svidler, Dmitri Andreykin, Yevgeni Tomaşevski (hamısı - Rusiya), Hikaru Nakamura (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Rüstəm Qasımcanov (Özbəkistan) və Ehsam Qaem Mahami (İran) olacaq.
Seriya oktyabrın 1-də Bakıda başlanacaq. Cəmi dörd turnir keçirmək planlaşdırılır, iştirakçılardan hər biri üç turnirdə oynayacaq və onların hər üçünün nəticələri ümumi hesaba daxil ediləcək.
Birinci turnir oktyabrın 1-dən 15-dək Bakıda, ikinci turnir –oktyabrın 20-dən noyabrın 3-dək Daşkənddə, üçüncü turnir – gələn il fevralın 14-dən 28-dək Tehranda, dördüncü turnir 2015-ci il mayın 13-dən 27-dək Moskvada keçiriləcəkdir.
Dörd oyunçu - Teymur Rəcəbov, Rüstəm Qasımcanov, Ehsam Qaem Maqami və Dmitri Yakovenko təşkilatçı ölkələr tərəfindən nominasiya edilib. Aniş Girinin bu seriyada iştirakını FİDE-nin Prezident nominasiya edib.