İDMAN


Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ildə keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ildə keçiriləcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib. Ali şahmat qurumunun rəhbəri qeyd edib ki, yaxınlarda bununla bağlı qərar qəbul ediləcək.

Bundan əvvəl şahmat tacı uğrunda matçın bu ilin sonunda Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi bildirilmişdi.

Martın 15-də Yekaterinburq şəhərində start götürən iddiaçılar turniri koronavirus pandemiyasına görə həmin ayın 26-da dayandırılıb. Yarışın qalibi şahmat tacı uğrunda dünya çempionatında iştirak hüququ qazanacaqdı.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.