İDMAN


Şahmat tacı uğrunda keçirilən dünya çempionatında daha bir heç-heçə qeydə alınıb

Bakı, 4 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında daha bir heç-heçə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, 7-ci turun oyununda 41-ci gedişdə bərabərlik qeydə alınıb. Hazırda M.Karlsen 4:3 hesabı ilə öndədir.

Qeyd edək ki, bundan əvvəlki turlarda, - 6-cı tur istisna olmaqla oyunlar bərabər şəkildə başa çatıb.

Dekabrın 5-də 8-ci partiya oynanılacaq. On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.