İDMAN


Şahmat üzrə Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 18-dən 24-dək Makedoniyanın Struqa şəhərində keçiriləcək klublar arasında Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komandanın iştirak edəcəyi dəqiqləşib. Dünya çempionu Maqnus Karlsen başda olmaqla, bir çox şahmat ulduzunun iştirak edəcəyi qitə kubokunda Azərbaycanı “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Azərbaycanın ən güclü qrosmeysteri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.