İDMAN


Şahmat üzrə Azərbaycan çempionatının mükafatçısı: Sevinirəm ki, ən güclü qadın şahmatçıların ilk üçlüyündə yer aldım

Bakı, 13 fevral, AZƏRTAC 

Ölkə çempionatında potensialımızı nümayiş etdirmək üçün geniş imkanlar var idi. Belə bir güclü komandanın iştirak etdiyi yarışda mükafatçılar sırasında yer almaq çox çətin idi. Çempionat maraqlı mübarizə şəraitində keçdi. Oyunlara yaxşı hazırlaşmışdım. Son oyunu udmaq şansım olsa da, risk etmədim və heç-heçə ilə razılaşmağa üstünlük verdim. Çünki məğlub olacağım və 5 xalla 4-cü yerdə qərarlaşan Türkan Məmmədyarovanın qalib gələcəyi təqdirdə əmsala görə mükafatçılar sırasına düşməyəcəkdim. Sevinirəm ki, ən güclü qadın şahmatçıların ilk üçlüyündə yer aldım.

Bu sözləri AZƏRTAC-a qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında bürünc medal qazanan Gövhər Beydullayeva deyib.

Şahmatçı qarşıdakı perspektivlərdən də danışıb: “Apreldə Antalyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Əsas hazırlığı bu nüfuzlu yarışa yönəldəcəyəm. Qarşıda bir sıra turnirlərdə də mübarizə aparacağam və əsas məqsəd həm də qadınlar arasında qrossmeyster normasını doldurmaq və reytinqimi artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.