İDMAN


Şahmat üzrə Bakı birinciliyi keçiriləcək

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 17-də Respublika Şahmat Mərkəzində 2003-2004-cü və 2005-2006-cı il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı birinciliyinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, 14 yaşadək oğlanların yarışına birinci və ikinci, 14 yaşlı qızların mübarizəsinə isə birinci, ikinci və üçüncü dərəcəli şahmatçılar qatılacaqlar.

16 yaşadək oğlanlar arasında yarışda birinci və ikinci dərəcəli şahmatçılar iştirak edəcəklər. Qızların yarışında isə birinci, ikinci və üçüncü dərəcəli idmançılar güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.