İDMAN


Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib

Bakı, 23 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində 2014-cü il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib.

AZƏRTAC BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, yarışda 49 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak edib.

Yekun nəticələrə əsasən qızlar arasında birinci yeri 7 xalla Fidan Yaqubova, ikinci yeri 7 xalla Nurgül Qənbərli, üçüncü yeri 6 xalla Zeynəb Cəlilli tutublar. Oğlanlar arasında birinci yerə 8 xalla Səfa Hümbətov, ikinci yerə 7,5 xalla Kamran Babayev, üçüncü yerə 7 xalla Tunar Qarayev sahib olublar.

Yarışın bağlanış mərasimində beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda I, II və III yerləri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunublar.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.