İDMAN


Şahmat üzrə Fuad Cəfərov Memorialı start götürüb

Bakı, 4 yanvar, AZƏRTAC

2019-cu ilin şahmat üzrə ilk yarışı olan Fuad Cəfərov Memorialı start götürüb. Ənənəvi yarış mərhum beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Məktəbinin ilk direktoru olmuş Fuad Cəfərovun xatirəsinə həsr edilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 3-dən 11-dək Bakıda keçiriləcək beynəlxalq şahmat festivalında 200-dən çox şahmatçı iştirak edəcək. Festival 3 qrup - “A” (qrossmeyster və beynəlxalq usta normalı), “B” (Open) və “C” qrupu (11 yaşadək uşaqlar) üzrə keçiriləcək. Bununla yanaşı, festival çərçivəsində rapid və blits üzrə yarışlar da təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.