İDMAN


Şahmat üzrə “Grand Swiss-2021”: İkinci turda Vasif Durarbəyli Aydın Süleymanlı ilə qarşılaşacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gələcək. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsla mübarizə aparacaqlar.

Qeyd edək ki, şahmatçılarımız birinci turda məğlub olublar.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.