İDMAN


Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb

Bakı, 15 iyun, AZƏRTAC

Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ikinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb. Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib.

Qeyd edək ki, şahmatçımızın birinci turdakı qarşılaşması heç-heçə ilə başa çatıb. Turnir 7 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.