İDMAN
Şahmat üzrə “Masters” turnirində Nicat Abasov məğlubiyyətsiz irəliləyir
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 16-da ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forestlə, Çexiya təmsilçisi Tay Dan Van Nquyen isveçli Nils Qrandeliusla heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isə Çexiyanın digər şahmatçısı David Navaranı məğlub edib.
Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb.
Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]
“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq
- 25.04.2024 [10:37]