İDMAN


Şahmat üzrə “Qarabağ Azərbaycandır!” turniri start götürüb

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışda 31 ölkədən 150 şahmatçı iştirak edir.

On yeddi yaşadək şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, Hindistan, Qazaxıstan, Ukrayna kimi şahmat ölkələrinin güclü oyunçuları mübarizə aparırlar.

Bu gün turnirin seçmə mərhələsi, dekabrın 6-da isə final mübarizəsi baş tutacaq. Seçmə mərhələdə ilk 30 yeri tutmuş şahmatçılar finala vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Turnirin “YouTube” vasitəsilə birbaşa yayımlanması nəzərdə tutulub. Yarışın əsasnaməsinə uyğun olaraq, qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

“Qarabağ Azərbaycandır!” onlayn turnirinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.