İDMAN


Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib

Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarımfinal görüşlərində rusiyalı şahmatçı Valentina Qunina həmyerlisi Yekaterina Laqnonu 6,5:4,5, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşariehı (İran) 8:7 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.