Şahmat üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
AzerTAg.az
Bakı, 16 dekabr, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbində 8-16 yaşlı oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Ümüd Allahverdi (8 yaş), Əziz Cəfərli (10 yaş), Tunar Babayev (12 yaş), Əli Həsənov (14 yaş) oğlanlar, Leyla Mirzəliyeva (8 yaş), Nuray Yarəliyeva (10 yaş), Aytac Kərimli (14 yaş), Ümman Nəbiyeva (16 yaş) isə qızlar arasında şəhər birinciliyinin qalibi olublar.
Yarışda ilk üç yeri tutan idmançılar gələn ilin yanvarında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ əldə ediblər.
Birinciliyin qalib və mükafatçıları fəxri fərman ilə təltif olunublar.



Xəbərin mətnində orfoqrafik səhv var