İDMAN
Şahmat üzrə “Tata Steel Chess 2020” festivalında Aydın Süleymanlı 4-cü yeri tutub
Bakı, 26 yanvar, AZƏRTAC
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalın "Tata Steel Qualifer" turnirində mübarizə aparan Aydın Süleymanlı 5,5 xalla 4-cü yeri tutub. Turnirdə 7 xal toplayan almaniyalı Roven Vogel qalib olub.
Digər təmsilçimiz Rauf Məmmədov festivalın “Tata Steel Chalangers” turnirində 6 xalla 11-ci olub. Bu turnirin qalibi adını isə 8,5 xalla ispaniyalı David Anton Guijarro qazanıb.
Ən güclü şahmatçıların mübarizə apardıqları “Masters” yarışlarında ən yüksək nəticəni amerikalı şahmatçı Fabiano Karuana (10 xal) göstərib. On ikinci turda qələbə qazanan (9 xal) F.Karuana sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. Buna baxmayaraq, o, son turda rusiyalı Vladislav Artyemovu məğlub edərək aktivinə daha 1 xal əlavə edib. Yekun nəticəyə görə, ikinci yeri 8 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen tutub. Üçüncü pillədə isə 7,5 xalla digər amerikalı şahmatçı Uesli So qərarlaşıb.