İDMAN
Şahmat üzrə "Masters" turnirində Nicat Abasov növbəti görüşünü keçirib
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turda ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımız qarşılaşmadan məğlub ayrılıb.
Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda niderlandlı Jorden Van Foresti məğlub edib, Radoslav Voytaşek isə isveçli Nils Qrandeliuslə heç-heçə edib. Çexiya şahmatçısı David Navaranın həmyerlisi Tay Dan Van Nquyenlə görüşü də bərabərlik şəraitində başa çatıb.
Turnir cədvəlinə görə, aktivində 4 xal olan S.Şenkland liderdir. N.Abasov isə 3 xalla üçüncü yerdədir. Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]