İDMAN


Şahmat üzrə iddiaçılar turnirində səkkizinci turun oyunları keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 19-da şahmat üzrə iddiaçılar turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, səkkizinci turda Fabiano Karuana (ABŞ) Maksim Vaşe-Laqrav (Fransa), Rusiya şahmatçıları Kiril Alekseyenko və Aleksandr Qrişuk üzərində qələbə qazanıb. Rusiyanın daha bir şahmatçısı Yan Nepomnyaşi Aniş Giri (Niderland) ilə, Çin təmsilçiləri Van Hao, Liren Dinq ilə heç heçə ediblər.

Səkkiz turdan sonra Yan Nepomnyaşi 5, Maksim Vaşe-Laqrav, Fabiano Karuana 4,5, Aniş Giri, Van Hao 4, Kiril Alekseyenko, Aleksandr Qrişuk 3,5, Liren Dinq 3 xala malikdirlər.

Qeyd edək ki, Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turniri 2020-ci il martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılmışdı.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.