İDMAN


Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının açılışı keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Yanvarın 15-dən 26-dək şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu gün yarışın açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Lütviyar Rüstəmov çıxış edərək yarış barədə iştirakçılara məlumat veriblər. Onlar şahmat üzrə ölkə çempionatının əhəmiyyətini qeyd edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparacaqlar. Ölkə birinciliyi Azərbaycan Şahmat Federasiyasının binasında keçiriləcək. Oyunlara sabah saat 10:00-da start veriləcək.

Qeyd edək ki, sonuncu ölkə çempionatının qalibi Abdulla Qədimbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.