İDMAN


Şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qitə kubokunda debüt edən Azərbaycanın “Vüqar Həşimov” klubu son turda Avstriyanın “Rapid” komandasına 5:1 hesabla qalib gələrək xalların sayını 10-a çatdırıb. Digər komandamız “Odlar Yurdu” isə Serbiyanın “Jelica” komandasını 3:1 hesabı ilə məğlub edib. Yekun nəticəyə görə “Odlar Yurdu” komandası 9 xalla 4-cü, “Vüqar Həşimov” klubu isə 10 xalla 8-ci yeri tutub.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparıblar.

Kişilərdən ibarət komandalar arasında 14 xalla İtaliyanın "Obiettivo Risarcimento" yığması Avropa kubokunu qazanıb. Qadın şahmatçıların yarışında isə Gürcüstanın “Nona” komandası 11 xalla birinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.